Türkiyə Suriya ilə müharibə edəcəkmi?

Günün mövzusu təbii ki, Türkiyə ilə Suriya arasında baş verən ixtilafdır. Biz də bu mövzudan yan keçə bilmərik. Lakin NATO-nun tək məsləhətləşmə ilə kifayətlənməsi və eləcə Türkiyəni bir neçə gün bürüyən müharibə ovqatının son günlər bir qədər səngiməsi belə təsəvvür yaratdıki, B.Əsədin rejiminə qarş ıən azıyaxın günlərdə hərbi intervensiya olmayacaq. Əslində bu, yaxşı fürsət idi. Elə bir çox mənbələrin, ilk növbədə Rusiya qaynaqlarının xəbər və təhlillərindən belə nəticə çıxırdıki, türk təyyarəsinin vurulmasıSuriyaya qarşı hərbi müdaxiləyə başlamaq üçün əvvəlcədən düşünülmüş aksiya idi. Lakin sonradan Rusiya öz mövqeyinə düzəliş etdi. Indi Türkiyə iddia edir ki, Suriya onun təyyarəsini milli sektorda deyil, elə beynəlxalq hava fəzasında vurub. Suriya bunu inkar edir. Bu belə olsa belə, hətta Türkiyənin təyyarəsi Suriya sərhədinə keçsə də, onun vurulması düzgün deyildi. Təhlilçilər belə bir fakta diqqət yetirirlər ki, tək son bir ildə Israil və Yunanıstan təyyarələri Türkiyənin Aralıq dənizi üstündə mövcud olan sərhədini 100 dəfədən çox pozub. Amma onların heç birinə bir güllə olsun belə atılmayıb, baxmayaraq ki, Türkiyənin hər iki dövlətlə gərgin münasibətləri var. Ona görə də Suriya tərəfinin “dəlilləri” heç bir məntiq və təcrübəyə uyğun deyil. Bu o demək deyil ki, son illərdə dünyanın heç yerində oxşar hadisə baş verməyib. Olub. Hətta Ukraynanın hərbi qüvvələri Qara dəniz üzərində Rusiyanın təyyarəsini vurmuşdular. Lakin Türkiyənin bu cür hərəkət etməsi haqda bu vaxta qədər heç nə eşidilməyib. Dünya praktikasında bu cür hərəkətlər zamanı dövlətin üzr istəməsi və təzminat ödəməsi yetərli sayılır. Amma Suriya bir xususi haldır və NATO-nun fürsəti əldən verməsini başa düşmək bir qədər çətindir.
NATO niyə fürsəti əldən verdi?
Ən birinci əsas odur ki, Türkiyə NATO-ya sadəcə məsləhətləşmə keçirmək üçün müraciət etmişdi, ona görə də məsələ məşhur “5-ci maddə”yə yetişə bilmədi. Amma başqa arqumentlər də var. “5-ci maddə” NATO-nun işə qarışmasına əsas versə də bütün hallarda bu, BMT-nin çətiri altında baş verməli idi. Amma BMT-nin çətirini əldə etmək o qədər də asan deyil, çünki Rusiya və Çin buna imkan vermir. Başqa arqument budur ki, NATO-nun qruplaşmasıvə ABŞ-ın məşhur 6-cı donanması münaqişə ocağının yaxınlığında olsa da onlar hələ Suriya ilə müharibəyə hazır deyillər. Rusiyalı ekspertlər digər detala diqqət yetirirlər. Əslində “5-ci maddə” heç də NATO-ya Suriya ərazisində müharibə aparmaöa imkan vermir, çünki o ərazi, yəni Suriyanın yerləşdiyi bölgə nə Avropaya aiddir, nə də Atlantikaya. Liviya məsələsində NATO çox operativ hərəkət etdi. Amma indi hiss olunur ki, həm Şimali Atlantika Bloku, həm də ABŞ diqqəti daha çox Əfqanıstan və bir də Iran üstündə cəmləşdirir. Suriya bölgədə Iranın ən yaxın müttəfiqi tək qəbul olunsa da, bu ölkədə bir ildən artıq vətəndaş müharibəsi getsə də, bu fikir üstünlük təşkil edir ki, Qərb dünyasıB.Əsəd rejimini sanksiyalarla yola gətirmək və ya çökdürmək istəyir. Belə bir mülahizə də var ki, indi neftin qiyməti ucuzlaşmaqda davam edir və bunun sistemli şəkildə aparıldığı güman edilir. Müharibə neftin qiymətinin artmasıdeməkdir. Bu isə görünür hələ sərfəli deyil. Onu qeyd etmək lazımdır ki, NATO Türkiyənin təkbaşına Suriyaya müdaxilə etməsini və problemin Türkiyənin vasitəsi ilə çözülməsini çox istəyərdi. Indi qəribə vəziyyət yaranıb. B.Əsəd ölkəsinin müharibə vəziyyətində olduöunu deyir. Bəli, stiuasiya Əsədi qəhrəman etdi. Indi Əsədə müharibə təhlükəsi  su və hava kimi lazımdır ki, insanlara vətəndaş müharibəsini unutdursun və onları ölkəyə yönələn təhlükəyə qarşı konsolidasiya etsin. Türkiyə sarıdan da çox ciddi bəyanatlar səslənir. Təbii ki, ortalıqda Türkiyənin siyasi imici var, belə ki, regionun ən güclü ölkəsi statusuna iddia edən bir dövlət özü ilə üçüncü sıradan olan dövlət kimi rəftar edilməsinə razıola bilməz. Lakin çox yaxşı olardıki, hər şey dinc yolla çözülsün. Əsəd rejiminə gəldikdə, Türkiyə artıq buna münasibətini sərgiləyib və ondan artığına bu gün ehtiyac yoxdur.