Rusiyanın Anqarsk şəhərində 29 qadını zorlayıb öldürən manyak ələ keçib.
Lent.az-ın “İzvestiya” qəzetinə istinadən verdiyi xəbərə görə, manyak yerli polis şöbəsinin mayor rütbəli zabiti imiş.
O, ilkin dindirmə zamanı hər şeyi etiraf edib. Məlum olub ki, bir neçə il ərzində 19-28 yaş arası qadınları zorlayan və sonradan müxtəlif işgəncələr verərək qətlə yetirən manyak qurbanlarının meyitin meşə kənarında basdırırmış.
Hazırda ekspertiza ələ keçən şəxsin psixoloji durumunu yoxlayır.