Mənim “Azadlıq”da ilk yazım Ayaz Salayevin “Ehram TV” filmi haqqında olub. “O hansı filmdir, biz niyə baxmamışıq?” deyə təəccüblənməyin.
O filmə zatən Prezident Administrasiyasındakılardan başqa heç kim baxmayıb ki! Baxıblar və büdcə hesabına çəkilən filmi ləğv ediblər. Bunun səbəbləri barədə başından bəri çox yazıb, çox danışmışam. Təkrarlamaq istəmirəm. Indi qısaca, onu deyim ki, orada rejimə toxunan xeyli kadrlar, epizodlar olduğu üçün, bütövlükdə filmin ruhu rejimin ifşasına yğnəldiyi üçün “Ehram TV”-ni beşikdəcə boğdular. XXI əsrdə mədəniyyətlə senzor dilində danışan bir hakimiyyətin varlığı utancvericidir, rəzalətdir. Adam utandığından bunların əvəzinə ölüb yerə girmək istəyir.
Məni həmin film ətrafında cərəyan edən hadisələrdə ən çox ağrıdan isə Ayaz Salayevin səssizliyi oldu. Daha doğrusu, o, filminin senzuraya uğramasını qətiyyətlə inkar edirdi, “Ehram TV”nin tezliklə ekranlara qayıdacağını söyləyir və məni şiddətlə qınayırdı. Oysa ki, mən ondan filminin müdafiəsinə qalxmasını gözləyirdim. Yaşadığımız çağ üçün biabırçılıq sayılan bir hadisəyə təpkisini ortaya qoymasını gözləyirdim. Onun yerinə başqası olsa, zərrəcə dirəniş ummazdım, umub da küsməzdim. Amma o, Ayaz Salayev idi, qeyrisi deyildi. Ondan ummaq da, küsmək də olardı.
Ayaz Salayev Azərbaycanın tək-tük rejissorlarından biridir ki, geniş bilgi sahibidir, dərin təfəkkürü var. Amma biz onun timsalında gördük, o özü bizə sübut etdi ki, insanın istedadı və intellekti cəsarəti ilə birləşməyəndə, vəhdətdə olmayanda insan necə natamam, yarımçıq, alaçiy təsiri bağışlayır, gülməli vəziyyətə düşür.
Mən indi Ayaz Salayevi hakimiyyətin Kinematoqrafçılar Ittifaqıilə eyni adda yaratdığı əldəqayırma təşkilatın sıralarında, yalnız diktatura rejimlərinə xas düşük bir ssenaridə rol alan biri kimi görəndə qətiyyən təəccüblənmədim. Heyrətlənmədim. Sarsılmadım. Nə gizlədim, əslində, bir az da sevindim. Bir az da rahatladım. Haqlı çıxdığımı gördüyüm üçün!
“Ehram TV” ilə bağlı silsilə yazılarımın birində “Biz artıq Ayaz Salayevi itirdik, bir rejissor, bir aydın kimi itirdik” yazmışdım. Çünki mən bir yaradıcı adamın, həm də sıradan olmayan bir yaradıcı adamın senzura önündə necə diz çökməsini anlamaqda, həzm etməkdə çətinlik çəkirdim. Başqalarını bilmirəm, bu, mənim üçün belə bir yaradıcı adamın mənəvi bitişi, sonu demək idi. O vaxt bunu yazanda çox qınanmışdım. Ayaz bəyin dəyərini bilən, xətrini istəyən dostlarım “Onun üstünə çox getmə, o, Azərbaycan mədəniyyəti üçün çox qiymətli adamdır, bir işdir olub, çox üz vurmaq olmaz” demişdilər dğrd tərəfdən üstümə düşüb. Zatən mən əksini iddia etmirdim ki. Tam tərsinə, mən də elə onlar kimi düşünürdüm, bircə elə düşünməyən biri vardısa o da Ayaz Salayevin ğzü idi. Ayaz bəy ğzünü ən azı, bizim onu dəyərləndirdiyimiz qədər dəyərləndirə bilsəydi, senzura qarşısından qaçmazdı, senzuraya təslim olmazdı, kimlərinsə onun filmi ilə sahibsiz uşaq kimi rəftar etməsinə icazə verməzdi.
Indi isə Ayaz Salayev nə üçün, hansı məqsədlə Kinematoqrafçılar Ittifaqıilə eyni adda yaradıldığı hər kəsə bəlli bir təşkilatın ğn sıralarında dayanmaqla öz yaradıcı sonluğunu rəsmiləşdirdi. Bu gün Kinematoqrafçılar Ittifaqının dublikatının yaradılmasında iştirak edən Ayaz Salayev artıq mənim üçün Müsavatın dublikatı olan Müasir Müsavat ıyaratmış Hafiz Hacıyevdən əsla fərqli deyil. Görün o, ğözünü gətirib hansı vəziyyətə saldı. Qısa vaxtda bu qədər deqradasiya sadəcə, dəhşətdir!
Nə dediyimi anlamaqda çətinlik çəkənlər isə lütfən, azca da gözləsinlər. Belələri 2013-cü ildə Kinematoqrafçılar Ittifaqının dublikatı xalqı Ilham Əliyevə səs verməyə çağıranda, monarxiyaya vəkillik eləyəndə bu yazdıqlarımın mahiyyətini daha yaxşıbaşa düşəcəklər.
Öz filmini qorumayan, qorumağa cəsarət gğstərməyən bir adamın müdafiəsinə, qorumasına ehtiyac duyan rejimə isə mən sadəcə, acıyıram. Siz doğrudan da, nə gündəsiniz, cənab yaptokratlar?!

Ayaz Salayev itkisi
•
•