Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Inam Məmmədov təqib olunur. Bu barədə məlumatı redaksiyamıza onun özü verib.
Onun sözlərinə görə, 2006-cı ildən bu partiyanın üzvüdür. Müxalifətin keçirdiyi aksiyalarda fəal iştirak edən I.Məmmədov deyir ki, bu ilin aprel və may aylarında o, polis təqibi ilə üzləşib. Yaşadığı ünvana polislərin baş çəkməsi, onun haqqında qonşulardan məlumat toplaması I.Məmmədova bu qənaətə gəlməyə əsas verib. Onun sözlərinə görə, polislər Inamın evə nə vaxt gəldiyi, başqa gəncləri də aksiyalara cəlb edib-etmədiyini öyrənmək istəyiblər. Bu təzyiq və təqiblər davam edəcəyi təqdirdə I.Məmmədov onu izləyənlərdən yuxarı dairələrə şikayət edəcəyini bildirib.
KXCP üzvü təqib olunur
•