Dəməşqdə HƏMAS liderləri öldürüldü

Suriyanın paytaxtı Dəməşqdə HƏMAS təşkilatının liderlərindən sayılan Kamal Ranac qətlə yetirilib. Lent.az-ın “İzvestyia” qəzetinə istinadən verdiyi xəbərə görə, Ranacın meyiti yaşadığı mənzildə tapılıb.

HƏMAS təşkilatı artıq Kamal Ranacın İsrail kəşfiyyatı MOSSAD tərəfindən qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda Ranaca görə qisas alınacağı da bildirilib.