Qapı dirəyi İspaniyanı finala çıxardı
İyunun 27-də futbol üzrə Avropa Çempionatının ilk yarımfinal oyunu keçirilib. İlk yarımfinalda İspaniya və Portuqaliya milliləri qarşılaşıb.
Oyunun əsas hissəsində hesab açılmayıb. Əsas vaxta əlavə edilmiş 30 dəqiqə ərzində də komandalardan heç biri fərqlənə bilməyib. 120 dəqiqəlik mübarizə 0:0 bərabərliyi ilə başa çatıb və qalib penalti zərbələri ilə müəyyən edilib.
Penaltidən isə İspaniya qalib çıxıb – 4:2.
Penaltiləri İspaniyadan Alonso, İniyesta, Pike, Ramos və Fabreqas, Portuqaliyada isə Moutinho, Pepe, Nani və Alves vurublar.
Komandaların vurduqları ilk toplar qapıya daxil olmayıb – Alonsonun zərbəsini Patrisio, Moutinhonun zərbəsini isə Kasillas qaytarıb.
İspanlar sonrakı zərbələrin hər birində dəqiq olublar. Portuqaliya yığmasında isə üçüncü topu Alves qapı dirəyinə vurub. Ondan sonra İspaniyada Fabreqas hesabı 4:2-ə çatdıra bildiyindən, portuqalların axırıncı penaltini vurmasına lüzum qalmayıb.