Bakıda 16 mərtəbəli binada yanğın olub

Bakının Nərimanov rayonu Arif Heydərov küçəsində 16 mərtəbəli bina yanır. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın saat 16:30 radələrində binanın 12 mərtəbəsində baş verib.

Hadisə yerinə adi çağırışla 7 yanğınsöndürən maşın cəlb olunub. Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasının məlumatına görə, yanğın nəticəsində xəsarət alan olmayıb (anspress).