“Tolişi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovun hüquqlarını müdafiə komitəsi yaradılıb. Məlumatı “Turan”a komitənin sədri Rafiq Cəlilov verib. Rafiq Cəlilov Hilal Məmmədovun həbsinə ictimai fəaliyyətinin səbəb olduğunu deyib: “Talış dilini, talış mədəniyyətini təbliğ etməsi Hilal Məmmədovun həbsinin əsas səbəbidir. Komitə bu həbsin siyasi sifariş olduğunu bəyan edir”.
İyunun 21-də tutulan Hilal Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsi ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) günahlandırılır.