Bakıda Xətai rayonundakı Nobel prospektində nəhəng idman kompleksi tikilir. Day.az saytının verdiyi xəbərə görə, burada həm idman kompleksi, həm mehmanxana, həm də Boks Federasiyasının inzibati binası yerləşəcək.
Podratçı şirkətdən bildiriblər ki, tikinti işləri müasir standartlara cavab verir.
Kompleksin ümumi sahəsi 2 hektardır. Tikinti sahəsi ilə 7454,5 kvadrat metrdir. İdman kompleksi 500 nəfər, mehmanxana isə 200 nəfər üçün nəzərdə tutulub. Bundan başqa, kompleksin ərazisində hovuz və dayanacaq da tikilir.
Bakıda daha bir idman kompleksi tikilir (FOTO)
•