Yığıncaqda partiya sıralarına yeni üzvlər qəbul edilib
AXCP Mingəçevir şəhər Məclisinin yığıncağı keçirilib. Bu barədə “Azadlıq”a AXCP şəhər şöbəsinin sədri Qadir Xudabaxşıyev məlumat verib. Onun sözlərinə görə, yığıncaqda əsasən təşkilati, o cümlədən partiyaya yeni üzvlərin qəbulu məsələsi müzakirə olunub.
Atamoğlan Əhədov şəhər Məclisinin sədri, Inqilab Yusifov AXCP şəhər şöbəsinin Gənclər Təşkilatının sədri, Adil Heydərov Ali Məclis üzvü seçilib.
Respublikadakı ictimai-siyasi vəziyyətin də geniş müzakirə olunduğu yığncaqda partiya sıralarına yeni üzvlərin qəbulu da həyata keçirilmişdir. Q.Xudabaxşiyev qeyd edib ki, təşkilatda əsas diqqət bundan sonra da partiyanın yerli şöbəsində gənclərin sıralarının daha artmasına yönəldiləcək.
Azər