İspaniya yığmasının yarımüdafiəçisi Andres İnyesta Fransa yığmasının oyununu “Barselona”nın oyunu ilə müqayisə edib. Bu haqda “France Football” jurnalı yazır. İnyesta məşqçi Loren Blanın komandasının klubu “Barselona” ilə eyni stildə oyun göstərdiyini deyir.
İnyesta müsahibəsində Xorvatiyadan Luka Modriçin, İtaliyadan Andre Pirlonun, fransızlardan Yoan Kabayın oyununu bəyəndiyini qeyd edib. İki komandanı müqayisə edən furbolçu ispanların hücum xəttinin güclü olduğunu bildirsə də, Fransanı əla komanda kimi tərifləyib.
azadliq.info