Dünən prezident İlham Əliyevin verdiyi əfv sərəncamı ilə azadlığa buraxılan vicdan məhbusları iyunun 23-də Fəxri Xiyabanı ziyarət ediblər.
İmzalanan əfv sərəncamı ilə hazırda azadlıqda olan Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidli, Zülfüqar Eyvazov, Rüfət Hacıbəyli, Babək Həsənov, Sahib Kərimov, Ülvi Quliyev, Məhəmməd Məcidli və Əhəd Məmmədli milli azadlıq hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin qəbrini ziyarət ediblər. Keçmiş vicdan məhbusları mərhumun xatirəsini anıb, ruhuna dualar oxuyublar (musavat.com).