“Onlar ümidsizlikdən qurtulmaq üçün İrandan ayrılaraq ərazilərinin Azərbaycana birləşməsini arzulayırlar”
ABŞ-ın nüfuzlu “The New York Times” qəzetində İranda yaşayan əhali və xüsusən də Azərbaycan türklərindən bəhs edən məqalə yayımlanıb. Məqalədə deyilir ki, Qərbdə İran əhalisinin dini fanatimzə yoluxması haqda səhv fikirlər formalaşıb. Müəllif Nikolas Kristof İrana səfərinin təfərrüatlarını bölüşüb:“İran əhalisinin yarıdan çoxu 25 yaşdan aşağıdır. İranda təhsilin səviyyəsinin yüksəldilməsi üçün çox işlər görülüb. Əhalinin böyük əksəriyyəti Amerika dəyərlərini bölüşür, əyləncəyə fanatizmdən artıq maraq göstərirlər“.
Jurnalist 2009-cu ildə İranda keçirilən etiraz aksiyalarına görə həbs olunmu və polislər tərəfindən döyülərək dişləri sındırılmış 23 yaşlı gənclə söhbətinə də yer verib. Müəllif yazır ki, dəyişikliklərə ümidi qalmayan həmin gənc başqaları kimi ölkəni tərk etməyə can atır. Kristofun yazdığına görə, ABŞ Pakistan, Əfqanistan və Misir kimi ölkələrə külli miqdarda maddi dəstək versə də bu ölkələrdə ABŞ- nifrət edirlər. Ancaq İranda isə vəziyyət tamam fərqlidir. Burada ABŞ-a hörmət edirlər.
“İran əhalisi internetə və çanaq antenalarına ciddi maraq göstərir. Ölkə yeniliyə can atır. Yeniliyə can atan insanlar rejimin rəsmi təbliğatına baxmayaraq ABŞ-a müttəfiq kimi yanaşırlar”,- deyə yazılan məqalədə daha çox diqqət cəkən məqam İranda yaşayan türklərlə bağlıdır. Amerikalı jurnalist ölkənin cənub-qərbində yaşayan türklərin ümidsizlikdən qurtulmaq üçün İrandan ayrılaraq ərazilərinin Azərbaycana birləşməsini arzuladıqlarını yazıb. O, əlavə edir ki, Təbrizdəki futbol matçlarında azarkeşlər ölkənin parcalanmasına dair şüarlar səsləndirirlər.
İnformasiya şöbəsi