Suriya Hava Qüvvələrinin zabiti Həsən Mari Həmada idarə etdiyi təyyarəni qaçıraraq, İordaniyada siyasi sığınacaq istəyib. Rus istehsalı MİQ-21 döyüş təyyarəsi İordaniyanın Kral Hüseyn hərbi limanına enib.
Azad Suriya Ordusundan açıqlama verən Əhməd Kassım pilot qaçması üçün cəsarətləndirdiklərini bildirib. Suriya Dövlət Televiziyası isə hadisəni təyyarənin radarlardan itməsi kimi çatdırıb.
azadliq.info