Elnur Seyidovla bağlı son qərardan şikayət verildi

“Texnikabank”ın keçmiş işçisi, AXCP sədri Əli Kərimlinin qayını Elnur Seyidovun həbs müddətinin üç ay uzadılması haqda Səbail Rayon Məhkəməsinin qərarından şikayət verilib. Vəkil Əsəbəli Mustafayev “Media forum” saytına deyib ki, Bakı Apellyasiya Məhkəməsinə göndərilən şikayətdə Səbail Rayon Məhkəməsinin qərarının ləğvini və Elnur Seyidovun azadlığa buraxılmasını istəyiblər.

Elnur Seyidovu martın 27-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. O, MTN-nin təcridxanasında saxlanır, Cinayət Məcəlləsinin 178.3.1 və 178.3.2-ci maddələri ilə dələduzluqda ittiham olunur.

İyunun 19-da Səbail Rayon Məhkəməsi Elnur Seyidov barədə seçilən həbs qətimkan tədbirinin müddətini üç az uzadıb. O, sentyabrın 6-dək həbsdə qalacaq.