Suriyada şiddət səngimir

Suriyada vəziyyət gərgin olaraq qalmaqdadır. Bu gün 23 nəfər həlak olub. Hökümət qoşunları Dəməşqdən 15 km məsafədə yerləşən Duma şəhərini tank, artilleriya, minaatan və vertolyotlardan atəşə tutub. Bir neçə həftədir ki, şəhərin bir qismi üsyançıların əlindədir. 
 
Vəziyyətlə bağlı BMT missiyasının başçısı Robert Mud sabah Təhlükəsizlik Şurasında çıxış edəcək. Təhlükənin artması səbəbi ilə şənbə günü BMT müşahidəçi missiyası Suriyada  fəaliyyətini dayandırmışdı.  
 
azadliq.info