Orda bir yurd var, uzaqda…

Adı və tarixi saxtalaşdırılan abidələrimiz

Bu gün Azərbaycanın işğal olunmuş qədim torpaqlarında tariximiz və mədəniyyətimiz çirkin şəkildə saxtalaşdırılır. Uzaq və yaxın tarixə nəzər salsaq, təcavüzkar qonşuların sahibləndiyi yurd yerlərimizdə necə acı faciələr yaşandığına şahid olarıq.
Qərbi Azərbaycan torpaqları tariximizin ən qədim səhifələri yazılmış yurd yerlərimizdir. Buradakı alban tarixindən son dövrlərə qədər gəlib çıxmış unikal abidələr bütün həqiqətləri ortaya qoyur. Azərbaycan türklərinin dədə-baba yurdu olan Göyçəÿ mahalında yüzlərlə belə qiymətli abidə var. Onların bəziləri ermənilər tərəfindən dağıdılıb, yerlə-yeksan edilmiş, bir çoxunun isə tarixi saxtalaşdırılaraq “özününküləşdirilmişdir”. Buradakı Ağkilsə kəndində III-V əsrlərdə yaşamış albanların ÿtarixindən bəhs edən çoxlu abidələr var. Kəndin ilk adı 1935-ci ilin yanvarın 3-nə qədər Ağkilsə, ikinci adı isə 1988-ci ilin dekabrına qədər Azad olmuşdur. Ənənəvi olaraq, kəndin adının dəyişdirilməsi buradakı türk izlərinin silinməsi məqsədi daşıyırdı. Amma kəndin ərazisindəki tarixi yer adları, türk toponimləri gerçəkləri ört-basdır etməyə imkan vermir. Burada kəndin şimalına doğru yerləşənÿ”Ocaq daşı”, Axund təpəsininÿsol tərəfindəkiÿ”Bəzirxana”, kəndin  mərkəzindəkiÿ “Dədə Ələsgər”in qəbirüstü abidəsi və XIX əsrin sonlarında kəndinÿ Hacılar ÿtayfasının sakinləri tərəfindən tikilmiş məscid mövcuddur. Kəndin mərkəzində yerləşən, tarixi III-V əsrlərə təsadüf edənÿ Alban məbədi də burada albanlarınÿ1254-cü ilə qədər yaşamasını sübuta yetirir. 1254-cü ildə Türk məbəd xeyriyyəçisiÿ Əhməd Xocaÿtərəfindən təmir olunmuşdur, abidənin balaca giriş qapısının üstündəki daş kitabənin üzərindəÿ”Qrabar” əlifbası ilə yazılmış yazı var. Bu kitabədəki yazının oxunması çox çətin olduğundan, erməni daşnakları məbədin onlara aid olduğunu iddia edirdilər. Məsələyə aydınlıq gətirmək üçün 1958-ci ildə Basarkeçər rayon XDS IK-nin sədri vəzifəsində işləyən kənd sakiniÿ Məmmədov Bilal Irəvan ÿşəhərindənÿ Alban ÿtarixini və əlifbasını kamil bilən professor dəvət edir. ÿKomissiya həmin daş kitabəni oxuyaraq bir daha təsdiq edir ki, həqiqətən məbədÿalbanlara ÿməxsusdur.
Eyni zamanda, ərazidəki tarixi uzaq keçmişə gedib çıxan Səhnəbanı bulağı ÿ(Böyük bulaq), ÿMehdi bulağı,ÿ Dövrüş bulağı,ÿ Bəzirxana bulağı,ÿ Qumlu bulağı, ÿBəşir düşən dərə,ÿ Dərə yurdu,ÿ Yelvə dərəsi,ÿ Axund dərəsi, ÿDaşlı güneyi,ÿ Qalaq daşları ÿvəÿ Sarı xəndək ÿadlanan yerlər də buna real nümunədir.ÿ Sarı xəndək ÿadlanan yerdə aparılan arxeoloji qazıntılar zamanı üç dörd mərtəbəli qəbirlər tapılmışdır. Kəndin ərazisində müxtəlif dövrlərdə kənd və qonşu kəndlərin əhalisinə xidmət edən 3 ədəd su ilə işləyən un dəyirmanları olmuşdur.
Alban tarixinin parlaq səhifələri
Alban abidələrinin bir neçə unikal nümunəsi də Aşağı Şorca kəndindədir. Bu kəndin ərazisində albanlara məxsus kilsə və bir sıra başqa tarixi abidələr var. Bundan başqa, Uzunlar sahəsində qazıntı zamanı albanlara məxsus küp qəbirləri tapılıb.
Dərələyəz mahalının Keşişkəndÿ rayonunun Ələyəz kəndində mövcud olan Azərbaycan türklərinəÿməxsus başqa maraqlı bir abidə də Əxi Təvəkkül zaviyəsidir.
Alimlərin qənaətinə görə, Əxi Təvəkkül zaviyəsi XII-XIII əsrlərə aiddir. Bunu abidənin kitabəsi də sübuta yetirir. Kitabədə yazılır: “Bu məzar mərhum və uca şəhid, Qadir Allahın rəhmətinə ehtiyacı olan Əxi Təvəkkülündür – Allah onun günahlarını bağışlasın – məhərrəm ayı, doqquz yüz əllinci il (miladi-1543-cü il) tarixdə.”ÿ
Mühüm memarlıq dəyərinə malik olan abidə ÿAzərbaycan türkləri ÿtərəfindən ziyarətgah kimi qorunurdu. Bu abidənin giriş yerində yerləşən daş lövhədə yerin, ayın və günəşin rəmzi olan üç dairə, hər dairədə 12 imamın rəmzi kimi 12 xətt və tarixən Dərələyəz mahalında yaşamış türk tayfasının sayını bildirən doqquz ədəd səkkizguşəli ulduz həkk olunmuşdur. Indi bu abidə ermənilər tərəfindən dağıdılmış, bütöv qalan daş lövhənin bir hissəsində isə xaç şəkli çəkilərək erməniləşdirilmişdir.
Qırxbulaq mahalınınÿAvan kəndində yerləşənÿAvan Bazilikasıÿda qədim məbəd kimi istifadə olunmuşdur. Məbədÿ 592-598-ci illərdə inşa edilmiş və dövrümüzə yarımdağılmış vəziyyətdə çatmışdır.ÿ1939-1941-ci illərdə ermənilərÿməbədi bərpa edərək ona erməni memarlıq elementləri ilə uyuşmayan yad əlavələr gətirmişlər.
Tədqiqatçı-alimlər bu məbəd binasının hansısa qədim bir məbədin özülləri üstündə inşa olunmasını düşünürlər. Ərazidəki arxeoloji tədqiqatlar zamanı xüsusi ornamentli naxışlarla bəzədilmiş inşaat materialları və incə yonulmuş daşlar tapılmışdır. Bu binanın indiki qalıqları iki hissəli platforma üzərində yerləşmişdir. Gümbəz və tavan uçduğundan divarlara ağırlıq düşməmiş və nisbətən sağlam qalmışdır.ÿ Avan bazilikası beş gümbəzi olan ilk məbəd hesab olunur. Məbəd ÿSSRIÿ dövründə ÿermənilər tərəfindən “bərpa” edilmiş və məbədin divarlarında süni olaraqÿ erməni dilli ÿkitabələr yerləşdirilmişdir.ÿ
Avan kəndi qədimdən türk boylarının məskəni olmuş, ilk 38 erməni ailəsi buraÿ1828-1829-cu illərdəÿIrandan köçürülmüşdür.ÿ
Işğalçıların sahibləndiyi memarlıq nümunələri
Loru mahalının Ağtala dəmiryol stansiyasından təxminən 3 km məsafədə yerləşən ÿAğtala monastır və qalası dövrümüzə ilkin quruluşunu saxlayaraq gəlib çatmışdır.ÿ Ağtala qalası Şəddadilərin və Atabəylərin ÿhakimiyyəti dövründə bölgənin müdafiə sistemində mühüm yer tutmuşdur. Kompleksə daxil olan əsas məbəd binası freskaları ilə diqqəti cəlb edir. Məbədin adı türkcə olmaqla “ağ” və “tala” sözlərindən ibarətdir. Məbədin yerləşdiyi Ağtala kəndi qədim dövrlərdən türk tayfalarının yurdu olmuş və XX əsrin ortalarına kimi kənddə yalnızÿAzərbaycan türkləri, yunanlar və gürcülər yaşamışlar. XX yüzilin əvvəllərində kəndə yunan ailələri köçərək məskunlaşmışdır. Ilk ermənilər isə kəndəÿ1922-ci ildə köçüb gəlmişlər.
Üçkilsə ÿşəhəri yaxınlığında yerləşən qədim Göy Mələkləri məbədi VII əsrin II yarısında katolikosÿIII Nerses tərəfindən inşa etdirilmişdir. Bu məbədin inşasınaÿ 642-ci ildə başlanmışdır. ÿAlban tarixçisiÿ Moisey Kalankatlıÿ məbədin 653-cü ildən ibadətə açılmasını bildirir. ÿX əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır.
Zəngəzurÿ mahalınınÿQarakilsə ÿrayonu ərazisində yüksək dağlıq ərazidə yerləşən bir qədim ÿalban ÿabidəsi də Tanaat məbədidir.
Bu bölgədə xristianlığın ilk dövrlərinə (IV-V əsrlərə) aid olan məbəd yarım dağılmış vəziyyətdədir. Məbəd qırmızı daşdan inşa edildiyi üçün yerli azərbaycanlı əhali onu həm də Qırmızı kilsə adlandırmışdır. Tədqiqatçıların fikrinə görə, bölgədə xristianlığın yayılmasına qədər abidə atəşpərəstlik məbədi olmuşdur.ÿ
Tanaat məbədiÿ Tatev monastırındanÿ sonra bölgədə ikinci ruhani mərkəzi olmuşdur.ÿ1975-ci ildə məbəd ermənilər tərəfindən bərpa olunarkən köhnə məbəd xarabalıqları arasındanÿ Urartuÿçarı ÿI Argiştiyə məxsus daş kitabənn tapılması haqqında xəbər yayılmışdır.
Məbədin ətrafında XIII-XVII əsrlərə aidÿxaçdaşlar, qəbiristanlıq, qala xarabalıqları və s. abidə qalıqları var. Məbədin yerləşdiyi ərazi qədimdən türk-oğuz boylarının vətəni olmuş, buraÿ ermənilərinÿilk kütləvi axını XIX yüzilin əvvəllərində bölgənin Çar Rusiyası tərəfindən işğalından sonra başlamışdır.
Loru mahalının Uzunlar kəndində VI yüzilin sonu, VII yüzilin əvvəllərinə aid olan qədim türk abidəsi Uzunlar məbədidir. Məbəd adını kəndin adından almışdır.
Məbədin əsası VI əsrdə qoyulmuş və burda ilk tikililər də həmin dövrdə inşa edilmişdir.ÿ Lakin sonrakı dövrdəÿ Sünik kilsəsinin rəhbəri III Uzun Hovannes təxminənÿ717-728-ci illərdə monastır kompleksini inkişaf etdirmiş və kompleksə yeni binalar əlavə etmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir