“NarMobayl”a qarşı diversiya?

“Eurovison” ərəfəsində nar nömrələrlərin işləməməsilə bağlı ilginc məlumat

“Eurovision” ərəfəsində “Azərfon”un fəaliyyətin problemlər yaranmasının səbəbləri barədə ilginc məlumat almışıq. Məlumatda deyilir ki, həmin ərəfədə nar nömrələrinin 2 gün işləməməsinin kökündə şirkətə qarşı təxribat dayanır. “Azərfon”un rəhbərliyində də problem bu cür dəyərləndirilir. Şirkət rəhbərliyi həmçinin bu məsələyə görə 200 nəfəri işdən çıxarmağı planlaşdırır. Şirkət rəhbərliyi düşünür ki, həmin işçilər ən yaxşı halda məsuliyyətsizliyə yol veriblər, ən pis halda təxribatda müəyyən rol alıblar.
Xəbəri dəqiqləşdirmək üçün “Azərfon”la əlaqə saxlamaq cəhdlərimiz nəticə vermədi. Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov isə xəbərin həqiqəti əks etdirmədiyini söylədi: “Ola bilsin ki, şirkətin fəaliyyətin bir gün problem yaranıb. Bu da sırf texniki səbəblərlə bağlıdır. Hər hansı təxribatdan söhbət gedə bilməz”.