Kadırovu öldürmək istəyiblər

Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırova qarşı sui-qəsd planının üstü açılıb. Lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, dünən axşam Qroznıda aparılan xüsusi əməliyyat nəticəsində iki silahlı öldürülüb.

Çeçenistan Daxili İşlər Nazirliyi silahlıların hədəfinin Ramazan Kadırov olduğu və bu barədə planın şəxsən silahlıların lideri Doku Umarov tərəfindən hazırlandığı barədə məlumat yayıb.

“İnterfaks” agentliyinin informasiyasına görə, silahlıların zərərsizləşdirilməsi əməliyyatına Ramazan Kadırov şəxsən rəhbərlik edib.