Baş Dövlət Yol Polisindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, iyunun 14-ü saat 23:30 radələrində Bakı-Qazax yolunun 153-cü kilometrliyində, Hacıqabul rayonunun Padar kəndi ərazisində baş verib.
Göyçay rayon sakini, 1980-ci il təvəllüdlü Abdullayev Məhəmməd Elxan oğlunun idarə etdiyi “Volkswagen Passat” markalı, 90 XJ 338 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.
Nəticədə sürücü M. Abdullayev zərbədən kənara düşərək avtomobilin altında qalaraq hadisə yerində ölüb. Onun 8 aylıq qızı Mələk Abdullayeva da hadisə zamanı dünyasını dəyişib.
Avtomobildə olan 3 nəfər – sürücünün ailə üzvləri yüngül dərəcəli bədən xəsarətləri alıblar. Onlar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.