Gənc yazar Bəxtiyar Hidayətin “Ağ qaranlıqlar” adlı şeir kitabı çapdan çıxıb. Istər sərbəst şeirlər, istərsə də xalq ruhunda yazılmış qoşmaların, təcnislərin, dodaqdəyməzlərin, gəraylıların hamısının ana xəttini ictimai-siyasi mövzular təşkil edir.
Həmçinin kitabda müəllifin özünün yaratdığı çarpaz təcnislər bölməsi də var. Kitabın əsas bölmələrindən biri də müəllifin Bayıl zindanında yazdığı əsərlərdir. 2003-cü ilin oktyabr hadisələri zamanı haqsız yerə həbs olunan gənc şairin məhbəs şeirləri yaxın keçmişimizin önəmli bir dönəmi haqqında oxucularda geniş təsəvvür yaradacaq. Onu da deyək ki, “Apostrof” nəşriyyatında işıq üzü görən və 14 bölümdən ibarət olan “Ağ qaranlıqlar” Bəxtiyar Hidayətin ikinci şeir kitabıdır. Kitabı şəhərin kitab mağazalarından əldə etmək olar. Qeyd edək ki, sabah – iyunun 16-da, saat 11-də “Əli və Nino” Kitab Evində (Nizami küçəsi, 91) “Ağ qaranlıqlar” kitabının təqdimatı olacaq. Hər kəs tədbirə dəvətlidir.