Avro-2012: İspanlardan qol yağışı

İtaliya Xorvatiya ilə bacara bilmədi

İyunun 14-də futbol üzrə Avropa Çempionatının qrup mərhələsində II turun növbəti oyunları keçirilib. C qrupunda əvvəlcə İtaliya-Xorvatiya, sonra isə İspaniya-İrlandiya qarşılaşması olub.
Birinci qarşılaşmada qalib gələn olmayıb. Komandalar hərəyə bir qolla kifayətlənməli olublar. Əvvəlcə italyanlar (Pirlo, 39-cu dəqiqə) hesabda irəli çıxıb, sonra isə xorvatlar (Mandzukiç, 72-ci dəqiqə) bərabərlik qolunu vurublar.
Günün ikinci qarşılaşması isə İspaniyanın böyük üstünlüyü və qol yaığışı ilə başa çatıb. İspanlar rəqiblərinin qapısından 4 cavbsız top keçiriblər. Qolları Torres (4 və 70-ci dəqiqdələr),  Silva (49-cu dəqiqə) və Fabreqas (83-cü dəqiqə) vurublar.