ABŞ-ın Suriyaya müdaxilə planı mediaya sızdı

Penqaton Bəşər Əsəd rejimini bitirməklə bağlı müxtəlif ssenarilər hazırlayıb: İrodaniya əsgərləri xüsusi missiya ilə Suriyaya daxil olacaq, ABŞ isə onlara hava dəstəyi göstərəcək

Suriyada Bəşər Əsəd rejimin müxaliflərə yönəlik hücumlarını gücləndirməsi və ölkədəki böhranın aradan qaldırılması üçün hazırlanan Annan planının iflasa uğraması beynəlxalq birliyinin daha sərt addımlar atmasını şərtləndirib. Qərb dairələrində Suriyaya hərbi müdaxilə variantı yenidən gündəmə gəlib. Bəşər Əsəd rejimini hədəf alacaq müdaxiləyə başçılıq isə ABŞ-ın edəcəyinə dair iddialar güclənib. Hətta dünyanın aparıcı media quruluşu CNN ABŞ-ın Suriyaya müdaxilə ilə bağlı planının işlənib hazırlandığını da bildirib.

CNN-ə danışan amerikalı rəsmilər Pentaqonun (ABŞ Müdafiə Nazirliyi) mümkün hərbi əməliyyatlar zamanı hansı ölkələrə ehtiyac duyulacağını, neçə əsgərdən istifadə olunacağı və hətta bu müdaxilənin maliyyə tərəflərini də hesabladığını söyləyib. Hazırlanmış plan Suriyada uçuşa qadağan bölgənin yaradılmasıyla bərabər kimyəvi və bioloji silahların olduğu sahələrin qorunmasını da nəzərdə tutur. Amerikalı rəsmilər nəzərdə keçirilən bütün ssenarilərin baş tutmasının çətin olduğunu və çoxlu sayda ABŞ əsgərinin qatılacağı geniş diametrli hərbi əməliyyatlara ehtiyac duyulduğunu bildirib. Rəsmilər mövcud planın “müdafiə” məqsədli olduğunun və hal-hazırda Ağ Evdən təlimat verilmədiyini vurğulayıblar.

Planı ələ keçirən CNN-nin xəbərində deyilir ki, ABŞ, İngiltərə və Fransa Suriyanın qonşuları Türkiyə, İordaniya və İsraillə müzakirələr zamanı Suriyada baş verəcək hadisələrlə yanaşı, kəşfiyyat məlumatlarının mübadiləsi, müxalif hərbçilərə təlim keçirilməsi məsələlərini də nəzərdən keçiriblər. Xəbərdə o da vurğulanır ki, Suriyay hərbi müdaxilə məsələsində ən çox yardım istəyən ölkə İordaniyadır. Buna səbəb isə İordaniyanın nisbətən zəif orduya sahib olması və buna görə xaricdən yardıma ehtiyac duymasıdır.

Pentaqon rəsmilərinin CNN-ə verdiyi məlumata görə, amerikalı xüsusi təyinatlılardan ibarət qrup Suriyaya hərbi müdaxilə zamanı hadisələrin İordaniyaya sıçrayacağı təqdirdə bu ölkənin hərbi qurumlarının necə hərəkət etməli olduğuna dair təlimlər keçir. Rəsmilər ABŞ və İordaniya arasında rəsmi bir razılaşma olmadığını ancaq bəzi hallarda ABŞ-ın müdafiə və dəstək məqsədli olaraq İordaniyanın yanında olacağını söyləyib. Rəsmilər onu da əlavə edib ki, mövcud ssenarilərdə ABŞ əsgərlərinin İordaniya ya da Suriyaya girməsi nəzərdə tutulmur. Ancaq ABŞ İordaniya birliklərinin Suriya ilə sərhədə cəlb olunması vəziyyətində hava dəstəyi göstərəcəyi planlaşdırılır.

Nəzərdən keçirilən ssenarilər arasında İordaniyaya məxsus hərbi birliyin kimyəvi və bioloji silahların olduğu sahələrin qorunması üçün Suriyaya girməsi da var. Ancaq xəbərə görə, Obama administrasiyası sözü gedən bölgələrin qorunması üçün hərəkətə keçmək məcburiyyəti yaranacağı təqdirdə əsgərlərin müyyən bir ölkədən bir neçə saat ərzində Suriyaya girməsi qənaətindədir.

İnformasiya şöbəsi