Vardan Oskanyana cinayət işi açıldı

Ermənistanın keçmiş xarici işlər naziri çirkli pulların yuyulmasında ittiham olunur

Ermənistanın keçmiş xarici işlər naziri Ermənistan Milli Şurasının deputatı, “Çiçəklənən Ermənsitan partiyası”nın üzvü Vardan Oskanyana cinayət işi açılıb. Ermənistan Milli Təhlükəsizlik Şurası onu çirkli pulların yuyulmasında ittiham edir. İttihamlarda deyilir ki, əsası Ermənistanda qoyulmuş, özü isə ABŞ-da yerləşən “Huntsam Building Production” şirkətinə məxsus 100 faiz səhm saxta yollarla 2 milyon dollara satılıb. Və onun 1 milyon 135 min dolları əvvəldən danışıldığı kimi xeyriyyə işlərinə xərclənməyib.

Ermənistan Milli Təhlükəsizlik Şurasının məlumatına görə, bu pul Vardan Oskanyanın sədri olduğu “Sivilitas” fonduna köçürülüb. Vardan Oskanyan isə ittihamları rədd edərək bunun siyasi sifariş olduğunu deyib:“Sözügedən pulların mənbəyi məlumdur. Hüquqşünaslar bank əməliyyatı zamanı heç bir qeyri-qanuni halın olmadığını bildirir. Vergidən yayınma yoxdur, hər şey şəffafdır”.

İnformasiya şöbəsi