İstintaq İdrak Abbasovu zərərçəkən kimi tanıdı

Dünən Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış  Idarəsinin müstəntiqi jurnalist Idrak Abbasovu istintaqın zərərçəkən kimi tanıdığını bildirib. I.Abbasov “Turan”a bildirib ki, dünən Daxili Işlər Nazirliyinin Baş Cinayət Axtarış Idarəsində şahid qismində dindirilib. “Dindirilmə başa çatdıqdan sonra müstəntiq mənim zərərçəkən kimi tanındığımı elan etdi”,- jurnalist qeyd edib.
Reportyorların Azadlıq və Təhlükəsizlik Institutunun və “Zerkalo” qəzetinin əməkdaşı Idrak Abbasov aprelin 18-də Sulutəpə qəsəbəsində ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni videoya çəkərkən döyülüb. Jurnalist onu ARDNŞ-nin təhlükəsizlik xidmətinin əməkdaşlarının döydüyünü bildirib.  
I.Abbasovun qabırğaları sınıb, gözü zədələnib və çoxsaylı zərbələrdən bədənində qançırlar yaranıb. O, aprelin 18-də ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və mayın 1-dək xəstəxanada müalicə alıb.
Dünən dindirilmədən sonra Idrak Abbasova məhkəmə tibbi ekspertizası təyin edilib. O, xəstəlik tarixçəsi ilə bağlı sənədləri və bədənindəki xəsarətlərlə bağlı rentgen çəkilişlərini istintaqa təqdim edib.