İsmət Abbasov və Etibar Pirverdiyev gedir

4 nazir və 10-a yaxın icra başçısı istefaya göndərilir

Yay aylarında bir sıra məmur vəzifəsilə vidalaşacaq. Bu barədə “Olaylar”a etibarlı mənbədən məlumat verilib. Məlumata görə, həmin məmurlar yay tətilində məzuniyyətə göndəriləcək. Həmin məmurların məzuniyyətdə olduqları ərəfədə istefaya göndəriləcəyi bildirilir.
Mənbənin dediyinə görə, həmin məmurların adları da məlumdur. Bunlar kənd təsərrüfatı naziri Ismət Abbasov və “Azərenerji” prezidenti Etibar Pirverdiyevdir. Mənbənin dediyinə görə, istefaya göndərilənlər arasında daha 2 nazir var. Amma, hələlik həmin nazirlərin adı açıqlanmır. Mənbə bildirib ki, məmur istefası bununla bitmir. Iyulun 15-dən sonra ona yaxın icra başçısı da vəzifəısinə əlvida deməli olacaq. Onların arasında Sumqayıt şəhərinin meri Eldar Əzizov da var. Eldar Əzizovun iyulun 20-də məzuniyyətə göndəriləcəyi və yerinə tanınmış icra başçılarından birinin gətiriləcəyi deyilir.