QOÇ
Gün sakit keçəcək. Ciddi səhvlərə yol verməyəcəksiniz, çünki bu gün öz ritminizlə hərəkət edəcəksiniz. Hətta ətrafdakılar sizi tələsdirsə belə, siz öz sakitliyinizi pozmadan işinizə davam edəcəksiniz. Planlaşdırdığınız səfər maraqlı keçəcək.
BUĞA
Dostluq baxımından ünsiyyət üçün əla gündür. Gələcəyə nikbin baxırsınız. Yaşlı qohumların məsləhət və dəstəyinə güvənə bilərsiniz. Gün ailə mərasimləri üçün münasib zamandır.
ƏKIZLƏR
Şəxsi müstəvidə situasiya gərginləşəcək. Sevgililər küsəcəklər, amma münasibətləri saxlamağa şansınız olacaq. Düzdür, müvəqqəti olsa da, ayrılıq ehtimal edilir. Qeyri-rəsmi şəraitdə maraqlı görüş gözlənilir.
XƏRÇƏNG
Gərgin və narahat günlərdən biridir. Yaxınlarınız sizin uğurlarınızla fəxr edəcəklər. Yadda saxlayın ki, bu gün çətinliklərin öhdəsindən tək gəlməli olacaqsınız. Bu tendensiyaya birmənalı yanaşmayın, onun yaxşı tərəfi də var – azad hərəkət. Sizin də məhz buna ehtiyacınız var.
ŞIR
Qarşınızda çətin tapşırıqlar olsa da, gün çətin deyil. Bu gün istənilən vəziyyətdən asanlıqla canınızı qurtaracaqsınız. Işgüzar müqavilələrin bağlanması baxımından əlverişli gündür. Şəxsi həyatınızda da dəyişiklik ehtimalı var.
QIZ
Ailədə baş verən fikir ayrılığı ilk baxışdan ciddi görünəcək, ancaq bütün mübahisələrin keçici xarakter daşıdığının şahidi olacaqsınız. Öz fikrinizi açıq deməkdən çəkinməyin. Çünki ən cəsarətlə deyilmiş ifadələriniz belə başa düşüləcək.
TƏRƏZI
Gününüz çətin keçəcək. Istənilən xırda xoşgəlməz hal ciddi stressə yol açacaq. Öz narahatlığınızı gizlətmək asan olmayacaq. Həkim məsləhəti olmadan sakitləşdirici preparatların qəbulu da yersizdir.
ƏQRƏB
Xoş gün gözlənilir. Nəyə əl atacaqsınızsa, asanlıqla başa gələcək. Sizin cazibəniz istər köhnə, istərsə də yeni tanışlarınızın diqqətindən kənarda qalmayacaq. Bürcün sevən nümayəndələrini isə xoş həyəcanlı dəqiqələr gözləyir.
OXATAN
Planlarınızı reallaşdırmaq üçün əla gündür. Təəssüf ki, sizə həsəd aparanlar arasında pis niyyətli olanlar da az deyil. Narahat olmayın, onsuz da qələbə sizinlədir. Xoşagəlməz hadisələr istəmədiyiniz zamanda özünü göstərəcək.
OĞLAQ
Uzun səyahətdən qaçın, xüsusilə də planlaşdırmadığınız halda yola çıxmayın. Daxil olan təklifləri dərindən düşünərək qərar verin. Romantik münasibətlərdə isə vəziyyət gərginləşəcək. Amma narahat olmağa dəyməz, əlaqələriniz tezliklə düzələcək.
DOLÇA
Aktiv olun. Bu gün ambisiyalarınızın arxasınca gedə bilərsiniz. Pul hərisi olmayın və bu gün öz perspektiviniz naminə çalışın. Yaxınlarınız sizi yaxşı anlayacaqlar və dəstəkləmək üçün əllərindən gələni edəcəklər.
BALIQLAR
Keçmişə qayıdış, xatirələri yada salmaq gününüzün əsas hissəsini alacaq. Olub-keçənləri dərindən analiz edib nəticə çıxarmq əvəzinə, siz özünüzü tənbeh etməklə gün keçirəcəksiniz. Bu isə mənəvi rahatlığınızı pozmaqla yanaşı, həm də yaxınlarla rahat münasibət qurmağınıza mane olacaq.

Günün ulduz falı (13.06.12)
•