Binəqədi Rayon Məhkəməsi iyunun 11-də İranın “Səhər” televiziyasının Azərbaycan müxbiri Anar Bayramlıya hökm oxuyub. Anar Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib.
1980-ci ildə Bakıda anadan olan Anar Bayramlı 2008-ci ildən “Səhər” telekanalının Bakı nümayəndəliyində müxbir kimi çalışır.
Fevralın 17-də həbs olunan Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.