İngiltərənin keçmiş baş naziri, leyboristlərin lideri Qordon Braunun qalmaqalla üzləşib. O, sələfi Toni Bleyr kimi avtoritar rejimdən pul almaqda günahlandırılır.
“The Daily Mail” qəzeti ölkə parlamentinin rəsmi maliyyə sənədlərini çap edib. Sənədlərdə göstərilir ki, Moskvada keçirilən “Rosiya-2012” forumunda çıxış etmək üçün o 120 min 494 funt (148 min avro) pul alıb. Sənəddə həmçinin qeyd olunub ki, Braun noyabr ayında “Alfa-bank”ın tədbirində çıxış üçün 61 min funt sterlinq pul alıb.
Daha öncə belə bir hal Leyborist partiyasının sabiq lideri Toni Bleyrlə baş vermişdi. O, İlham Əliyev tərəfindən Azərbaycana dəvət edilmiş və bir çıxış üçün 90 min funt sterlinq pul almışdı. Qordon Braunun rəsmi nümayəndəsə mətbuata açıqlamasında bildirib ki, forumdan gələn bütün pullar xeyriyyəçiliyə yönəldilib, eks baş nazir isə o puldan “bir penni” belə götürməyib.
azadliq.info