3 günə iki kilometr sosiska yedilər

Avro-2012 futbol çempionatı fanatları üçün Kievdə yaradılmış fan-zonanı 3 gün ərzində 100 min adam ziyarət edib. Fanatlar üçün yaradılan bu şəhərcikdə azarkeşlər iki kilometr uzunluğunda sosiska yeyib, bir sistern pivə içiblər. Şəhərcikdə hələ ki, qanun pozuntusu qeydə alınmayıb. Futbol çempionatı üçün Kievdə media mərkəz də fəaliyyət göstərməyə başlayıb.

azadliq.info