Putin azərbaycanlıları saymadı

Prezident yanında Millətlərarası Münasibətlər Şurasına erməni düşsə də, azərbaycanlı salınmadı

Rusiya prezidenti Vladimir Putin prezident yanında millətlərarası münasibətlər şurasının yaradılması haqda sərəcam imzalayıb. Sərəcama görə Şura dövlət və hökumət orqanları, yerli idarəetmə strukturları ilə Rusiyada yaşayan milli muxtariyyatların münasibətlərinin tənzimlənməsi məqsədi ilə yaradılıb.
Rusiyada az qala iki milyon azərbaycanlının yaşayıb işləməsini nəzərə alsaq prinsipcə azərbaycanlılardan da bir nəfərin şurada təmsil olunacağını ehtimal etmək mümkün idi.
Bir yandan da Rusiyanı az qala böyük qardaş hesab edən Azərbaycan iqtidarının dəm vurduğu uğurlu xarici siyasət və diaspora quruculuğu barədə hay-küyləri də belə deməyə əsas verirdi.
Amma Putin azərbaycanlıları bu şuradan kənarda qoydu. O boyda diaspora qurumlarından, Rusiyada yaşayan bir nəfər azərbaycanlıdan belə şuraya təqdim etmədi.
Amma şurada təmsil olunanlar arasında Ümumrusiya Erməni Ittifaqının prezidenti Ara Abramyanın da adı var. Hələ qaraçıların diaspora təşkilatından olan nümayəndəsini demirik.

Informasiya şöbəsi