Müdafiə Nazirliyi:Cəbhədə vəziyyət yenə də gərgindir

İntensiv atışmalarda Azərbaycan tərəfinin itkisi və yaralısı olmayıb

Cəbhədə vəziyyət yenə də gərgin olaraq qalır. Ermənistanın silahlı bölmələri iyunun 8-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərində atəşkəs recimini pozmaqda davam ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, intensiv xarakter alan atışmalarda Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Düşmən cavab atəşi ilə susdurulub.