ABŞ-da yayımlanan “Vanity Fair” jurnalı İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşərək geniş müsahibə-repotaj hazırlayıb. Jurnal Netanyahu üzərində onun “hakimi-mütləq” olan həyat yoldaşı Saranın təsirinə geniş yer ayırıb.
“Vanity Fair” jurnalının yazdığına görə, Netanyahu həyat yoldaşının “arzuolunmaz” saydığı yoldaşları ilə telefonda gizlincə, tualetə girərək danışır. Dərgi daha sonra yazır ki, Netanyahu Nazirlər Kabinetini sırf “Saranın əhvalı yaxşı deyil” deyə tərk edə bilər.
Təsdiqini tapan olaylardan biri də budur ki, baş nazir və xanımının xərclədiyi pullarla bağlı araşdırmanı yayımlayan “Channel 10” kanalının sahibi Yossi Maymanla Netanyahu telefonda danışarkən Sara dəstəyi ərinin əlindən alaraq media patronuna “Niyə yalan söyləyirsən? İsraili soyqırımdan xilas edəcək tək adam o” deyərək qışqırıb.