Bu gün Bakı şəhərinin Sabunçu rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Sabunçu körpüsü yaxınlığında “VAZ 2107” markalı, 10 MB 839 nömrə nişanlı avtomobil xidmət aparan yol polisi serjant Mehman Kərimovu vurub. Nəticədə polis serjantı hadisə yerində ölüb.
Hadisəni törədən “VAZ 2107” saxlanılıb. Avtomobildə olan 2 oğlan və bir qadın tutulub. İlkin məlumata görə, onlar yol polisini serjantını qəsdən vuraraq öldürüblər.