İran prezidenti:”Mən sizin qulunuzam, 2-3 dəqiqə icazə verin sözümü bitirim sonra növbə sizindir”
Iranda islam inqilabının banisi ayətullah Xomeyninin ölüm ildönümünə həsr olunan tədbirdə ölkənin indiki ali dini lideri ayətullah Xamneyinin bir qrup tərəfdarı Iran prezidenti Mahmud Əhmədinejad və ayətullah Xomeyninin nəvəsi Seyid Həsən Xomeyni əleyhinə şüarlar səsləndiriblər.
APA-nın məlumatına görə, tədir iştirakçıları “Ölüm olsun vilayəti fəqihə zidd olanlara”, “Biz Kufə əhli deyilik ki, Əli tək qala”, “Bu qədər ordu Xamneyi eşqi ilə gəlib” kimi şüarlar səsləndirərək M.Əhmədinecadın çıxışına mane olublar. Dövlət televiziyasından yayımlanan çıxışını tamamlamaq istəyən prezident şüar səsləndirənlərə müraciət edib:”Mən sizin qulunuzam, 2-3 dəqiqə icazə verin sözümü bitirim sonra növbə sizindir”. Eyni şüarlar S.H.Xomeyninin çıxışını zamanı da səsləndirilib. O bu səbəbdən nitqini bir neçə dəfə kəsməli olsa da, şüarlara əhəmiyyət vermədən çıxışını tamamlayıb(APA).