Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən güclü 60 milli çempionatının məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hələlik siyahıda başa çatan 33 çempionatın nəticələri əks olunub. Bu çempionatlarda 20-dən artıq qol vuran 50 futbolçu qeydə alınıb.
16 gün əvvəl açıqlanan və 13 çempionatı özündə əks etdirən siyahıya 22 yeni ad daxil olsa da, liderlər qrupunda dəyişiklik qeydə alınmayıb. Siyahıya İspaniya “Barselona”sı ilə ölkə çempionatında 50 qol vuran Lionel Messi başçılıq edir. Portuqaliyalı Kriştianu Ronaldo “Real”da vurduğu 46 qolla 2-ci pillədə qərarlaşıb. 3-cü yerin 2 şəriki var.
Bunlar “Trabzonspor”un Türkiyə çempionatındakı əsas qol silahı Burak Yılmaz və Hollandiya “Herenven”inin üzvü Bas Dostdur. Onların hesabında 32 qol var. Futbolçular eyni sayda – 34 oyun keçirdiyindən heç biri əlavə üstünlük qazanmayıb.
apasport.az