Mübarəkin halı pisləşib

Misir təhlükəsizlik qüvvələri devrilmiş prezident Hüsnü Mübarəkin sağlamlığının pisləşdiyi xəbərini veriblər. Mübarəkin həbs çəkdiyi həbsxana işçiləri bildirirlər ki, məhkəmə qərarından sonra onun vəziyyəti bir neçə dəfə pisləşib. Süni nəfəs verilib. Onu müalicə edən tibb işçilərinə etibar etmədiyindən oğullarının yanında olmasını istəyib.

azadliq.info