Gürcülər Avropaya vizasız gedə biləcək

“Gürcüstan vətəndaşları Avropa Birliyi ölkələrinə vizasız gedə biləcək”. Gürcü mediasının məlumatına görə, belə bir bəyanatla bu gün Gürcüstan prezidenti administrasiyasının mətbuat katibi Manana Mancqaladze çıxış edib. Onun sözlərinə görə, Gürcüstanın Avropa Birliyi ölkələri ilə vizasız rejimə dair başladığı dialoq çox mühüm hadisədir.

“Bu, tarixi prosesin başlanğıcıdır. Bunun nəticəsində Gürcüstan vətəndaşları Avropa ölkələri ilə vizasız rejimdən yararlana biləcək. Gürcüstan tərəfi bu prosesdə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək”, – deyə o bildirib.

azadliq.info