Günün ulduz falı (05.06.12)

QOÇ
Şərikli işdə ehtiyatlı olmağınız tələb olunur. Bu gün hər zaman yaxşı dil tapdığınız şəxslərlə belə, ünsiyyət qurmaq çətin olacaq. Yaxınlarınızı sevindirmək üçün əlinizdə əsas olacaq.
 
BUĞA
Seçdiyiniz düzgün taktika nəticəsində rəqiblərinizə qalib gələcəksiniz. Ancaq itkinin olacağı da istisna deyil. Ulduzlar bunun günahını sizdə görür. Çünki siz müttəfiqlərinizə həddən artıq etibar edirsiniz.

ƏKİZLƏR
Günün əsas hissəsini eyni işlər aparacaq. Bundan əlavə, keçmişi yada salmaq, xatirələri analiz etmək də vaxt itkisinə səbəb olacaq. Səhvlərinizi incələmək əvəzinə, siz özünüzü tənbeh etməklə məşğulsunuz.

XƏRÇƏNG
Xoş gündür. Gün istənilən şərikli işin (istər kommersiya xarakterli, istərsə də yaradıcı) icrası baxımından məhsuldardır. Yaxşı olar ki, bu gün dənizə səyahət təşkil edəsiniz.

ŞİR
Ümid bəslədiyiniz iş uğursuz alınacaq. Əməkdaşlıq özü ilə kifayət qədər problem gətirəcək. Xoşbəxtlikdən imdadınıza çatan adan yaxınlığınızdadır. Ona ən gizli sirlərinizi də etibar edə bilərsiniz.
 
QIZ
Dostluq, əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün münasib gündür. Ehtimal ki, maraqlı təklif alacaqsınız. Həyatınızı dəyişdirməkdən çəkinməyin. Ulduzlar yanlış addım atmağa imkan verməyəcək.

TƏRƏZİ
Prinsiplərinizə sadiq qalın. Xüsusən də bu günə ən vacib iş budur. Məsuliyyət tələb edən işləri paylaşmaq mümkündürsə, onda onu yarıya bölün. Bütün işlərin öhdəsindən tək gəlməyə çalışmayın. Yaxınlarla aranızdakı münasibət də gərgin olacaq.

ƏQRƏB
Gücünüzü toplasanız, uğur qazanmaq olar. Amma nəzərə alın ki, bu yol da gözlənilməz sürprizlərdən xali deyil. Əgər yenilikdən qorxmursunuzsa, onda irəli addımlaya bilərsiniz. Amma maddi vəziyyətin yaxşı olmayacağı bildirilir.

OXATAN
Sizin üçün kifayət qədər uğurlu gündür. Əgər sübh tezdən sərbəst hərəkət etməyə başlasanız, buna nail ola bilərsiniz. Yaxşı olar ki, bu gün zərərli vərdişlərinizdən əl çəkəsiniz. Zəif tərəfinizə qalib gəlin ki, sağlam olasınız.

OĞLAQ
Gününüzü sövdələşmələrə həsr edə bilərsiniz. Bircə darıxdırıcı işlərdən uzaq olun. Sizin xoş kampaniyaya ehtiyacınız var. Ətrafınızda xoşxasiyyətli, ünsiyyətcil adamlar toplanarsa, hər an əhvalınız da yüksək olar.

DOLÇA
Gündəlik işlərə köklənin. Bu gün yalnız bu işlərin sizin diqqətinizə ehtiyacı var. Xüsusilə də azad fəaliyyət üçün məhsuldar gündür. Ehtimal ki, planlarınızı dəyişməyə vadar edən çətin duruma düşəcəksiniz. Belə olarsa, tabeçiliyinizdə olanlardan verdiyiniz tapşırıqları təcili yerinə yetirməsini tələb edin.

BALIQLAR
Əmr vermək keçir könlünüzdən. Təəssüf ki, uğur qazanmaq üçün bu, yetərli deyil. Bu səbəbdən də özünüzün də işləməyiniz vacibdir. Əmr etməyi yaddan çıxarsanız, şəxsi müstəvidə vəziyyət yaxşı olar. Yaxınlarınız sizin qiymətli göstərişlərinzə ehtiyac duymayacaqlar.