Ukraynalı və belaruslar Qəzzafinin qurbanı oldu

Liviyanın hərbi məhkəməsi 19 Ukrayna, 1 Rusiya, 3 Belarusiya vətəndaşına Qəzzafi rejimi ilə əməkdaşlıq etdiyinə görə hökm oxuyub. Bu haqda Ukrayna XİN-in mətbuat xidməti məlumat yayıb: “Bir Rusiya vətəndaşı ömürlük həbs cəzasına məhkum olunub, 19 ukraynalı və daha 3 belarus 10 il iş alıblar”.

Onlar Qəzzafinin hərbi texnikasını təmir etməkdə ittiham olunurdular. Bundan başqa NATO təyyarələrini vurmaq üçün “yer-hava” raket kompleksini döyüşə hazırlamaqda günahkar biliniblər.

25 MDB vətəndaşı 2011-ci ilin 27 avqustunda Liviya üsyançıları tərəfindən həbs edilərək “Liviya xalqının məhv edilməsində” günahlandırılmışdılar.

azadlıq.info