Moskvada güclü yanğın

Moskvada dəhşətli yanğın olub. Lent.az-ın RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, iyunun 4-nə keçən gecə pirotexnika ilə dolu anbarda partlayış baş verib.

Partlayış nəticəsində başlayan yanğın tezliklə bütün anbarı bürüyüb. Hadisə yerinə onlarla yanğın söndürən maşın gəlib. Yanğınsöndürənlər alovun ətraf ərazilərə keçməsinə imkan verməyiblər.

Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın nəticəsində insan tələfatını olub-olmadığını müəyyənləşdirir.