Almanların qaçqınlara bağışladığı maşınlar mənimsənilib

Məcburi köçkünləri “rastomajka” ilə qorxudub avtomobilləri ələ keçiriblər

“Eurovision-2012” mahnı yarışmasını izləməyə gələn bir qrup Almaniya vətəndaşının məcöuri köçkünlərə bağışladığı maşınlarla bağlı yeni məlumatlarda əldə etmişik.
məlumatlara görə, məcburi köçkünlərə deyilib ki, bu avtomobillər köhnə olduğundan onları “rastamojka” etmək müşkül məsələdir. Daha doğrusu, onlara bildirilib ki, kim maşın istəyirsə, 10 min manat ödəyib onu “rastamojka” etməlidir. Məlumatlara görə, bu üsulla avtomobilləri mənimsəyib, hissələrə bölərək satmağı planlaşdırırlar.
Xatırladaq ki, “Xəzər” televiziyasının “Eurovision” ərəfəsində yaydığı məlumata görə, almaniyalı turistlər “Allgeau-Orient” adlı avtorallinin iştirakçıları olublar. Onların dediyinə görə, Almaniyanın Oberstaufen şəhərindən aprelin 28-dən başladıqları avtorallini Qobustanda başa vurublar. Bu avtoyürüşdə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) iştirak edib. Onlardan 240 nəfəri gəldikləri avtomobilləri Azərbaycandakı qaçqın və məcburi köçkünlərə bağışlayacaqlarını deyiblər.
“Yeni Müsavat” qəzetinin yazdığına görə isə məsələ ictimailəşəndən sonra həmin avtomobillər sözügedən dayanacaqdan çıxarılaraq Şuşa İcra hakimiyyətinin başçısı Bayram Səfərovun Novxanıdakı boş torpaq sahəsinə aparılıb.

Hikmət