“Müsəlman qardaşlar” Mübarəkə yeni məhkəmə istəyir

“Müsəlman qardaşları” Hüsni Mübarək üzərində təkrar məhkəmə prosesinin keçirilməsini istəyir. Təşkilatın rəyinə görə, müttəhimlər kürsüsündə Mübarəklə bir yerdə onun hökm çıxarılmış tərəfdarları da oturmalıdır. “Müsəlman qardaşalar”ın namizədi Məhhəmməd Mursinin seçki qərargahının katibi Yasir Əli: “Dövlət ittihamçısı öz vəzifəsini yerinə yetirə bilməyib və Mübarəkə qarşı dinc nümayişçilərin qətlini sübut edən kifayər qədər sübut gətirməyib”.

Mübarəkin 30 illik hakimiyyəti dövründə “Müsəlman qardaşlar”ın fəaliyyətinə rəsmən qadağa qoyulmuşdu. İnqilabdan sonra isə onlar ölkədə ən böyük siyasi gücə çevrildilər.

azadliq.info