Mübarəkin oğulları həbsdə qalacaq

Misir məhkəməsinin bəraət qərarına baxmayaraq, eks-prezident Hüsni Mübarəkin oğulları həbsxanada qalacaq. Baş prokuror Abdel Mahid Mahmud bildirib ki, onlara qarşı yeni cinayət işi açılıb. Çərşənbə günü yeni ittihamlarla üzləşən Mübarəkin oğulları Qamal və Ala birjada nəzarətlərində olan şirkətlərlə maliyyə maxinasiyaları aparmaqda ittiham olunurlar. Onlar qanunsuz yolla 330 milyon dollar mənimsəyiblər. İşə Qahirənin mülki məhkəməsi baxacaq.

azadliq.info