ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor iyunun 13-14-də Azərbaycanda səfərdə olacaq.
APA-nın diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, səfər nazirin Cənubi Qafqaza ümumi səfəri çərçivəsində baş tutacaq.
E. Gilmor Bakıda Azərbaycanın rəsmi şəxsləri, siyasi partiyaların nümayəndələri və Dağlıq Qarabağın azərbaycanlı icmasının təmsilçiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan – ATƏT əməkdaşlığı və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.