“Azadlıq” radiosu xəbər verir ki, Arif Hacılı 16 saylı cəza çəkmə müəssisəsindən xidməti maşınla Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə aparılıb. Oradan da elə həbsxana maşını ilə anasının dəfin mərasiminin keçirildiyi Zaqatala rayonuna yola salınacağı gözlənilir.
Arif Hacılı radionun əməkdaşına qısa müsahibəsində deyib ki, bu, ondan ötrü gözlənilməz olub: «Mən həbsxanadan belə çıxarılmağımı istəməzdim».
***
Dünən axşam saatlarında anası vəfat etmiş Müsavat Partiyasının başqan müavini Arif Hacılı saxlandığı cəzaçəkmə müəssisəsindən sərbəst buraxılıb. Bu barədə Lent.az-a Penitensiar Xidmətin rəisi Mədət Quliyev məlumat verib.
M.Quliyev bildirib ki, Arif Hacılıya bir həftə vaxt verilib və o anasının 7 mərasimini də verdikdən sonra müəssisəyə qayıdacaq.