Messi hədəfini açıqladı
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bu mövsüm də “Qızıl top”un sahibi olmağı özünə dərd etməyib. Lent.az-ın məlumatına görə, argentinalı hücumçu İspaniya mətbuatına açıqlamasında bütün mövsümlərdə məqsədinin dəyişməz olduğunu bildirib.
Messi deyib: “Çox xoşbəxtəm ki, cari mövsümdə bu qədər qol vurdum. Hər mövsüm hədəfim dəyişməzdir: öyrənmək, “artırmaq” və onu təkmilləşdirmək. “Qızıl top”a gəldikdə, hazırda bu barədə düşünmürəm. Qarşıda çoxlu vaxtım, “Barselona” və Argentina yığmasının heyətində vacib oyunlarım var”.
Qeyd edək ki, çoxları bu mövsüm “Qızıl top” uğrunda mübarizənin Kriştianu Ronaldu ilə Lionel Messi arasında gedəcəyini düşünür. 2010 və 2011-ci illərin yekununa əsasən, bu mükafatı Messi qazanıb.