Azərbaycanın gənc yazarı Günel Mövlud “Eurovision-2012”nin qalibi olmuş isveçli Lorinin “Eyforiya”mahnısının sözlərini tərcümə edib. Günel Mövlud “Lent.az”da dərc etdirdiyi tərcümənin təqdimatında yazır:
Tribunanı bu günlərdə dünyanın ən nüfuzlu musiqi yarışmalarından birində qalib gələn İsveç müğənnisi Lorinə verirəm. Çünki o bu mahnıda bizim azadlıq haqqında yazıda, statuslarda, aksiyalarda demək istədiklərimizi səhnədə – söz, musiqi və rəqs dilində deyib.
Eyforiya
(Piter Bostorn və Tomas G.Son)
Axı niyə, axı niyə
Yaşadığımız sonuncu an əbədi olmasın?
Bu axşam,
bu axşam bu qapı əbədilik açılacaq
Yox,
başladığını yarımçıq buraxma,
Getmə,
mən səninlə nəfəs alıram
İlahi, bu nə həzzdi?!
Bundan sonra ancaq səninlə mən
Göylərə,
Göylərə,
Göylərə,
Göylərə
Uçuruq – əbədilik, həmişəlik
İlahi, bu nə həzzdi!
Ürəyimdə döyünən məhəbbət
Əbədi sənət əsəridir…
Biz səninlə
göylərə,
göylərə,
göylərə,
göylərə uçuruq!
Biz burda,
ancaq bizim olan Kainatdayıq
qadağaların olmadığı
və sevginin
hər şeydən əvvəl olduğu bu yerdə
biz azadıq
durmadan ucalaraq
biz ilahiliyə çatmağın
bir addımındayıq
İlahi, bu nə həzzdi?!
Bundan sonra ancaq səninlə mən
Göylərə
Göylərə
Göylərə
Göylərə
uçuruq
Əbədilik, həmişəlik
İlahi, bu nə həzzdi!
Ürəyimdə döyünən sevgi
Əbədi sənət əsəridi
biz səninlə
göylərə
göylərə
göylərə
göylərə uçuruq!
Göylərin nuruna çatmaq üçün
Sonsuzluğun yolçusuyuq səninlə
Əbədilik, həmişəlik…