İrandakı səfir Bakıya şəxsi işi üçün gəlib?

Azərbaycanın İrandakı səfirinin məsləhətləşmələr üçün Bakıya çağırılması ilə bağlı yayılan məlumatlar tamamilə yanlışdır. Azərbaycan Xarici İşlər Nazirliyi İrandakı səfiri məsləhətləşmələr üçün Bakıya dəvət etməyib. Bu barədə Turan-a XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, səfir Cavanşir Axundov öz şəxsi problemləri ilə əlaqədar Bakıya gəlib.

***

Azərbaycan İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovu Bakıya çağırıb. Bu barədə APA-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, səfir Bakıya məsləhətləşmələr üçün çağırılıb. Məsləhətləşmələrin nə ilə bağlı olduğu açıqlanmayıb. Qeyd edək ki, İranın Azərbaycandakı səfiri də məsləhətləşmələr üçün Tehrana çağırılıb.