Azərbaycan meyxanası Rusiyada Putinə qarşı çevrildi

#путинтыктотакойдавайдосвидания

Meyxana adətən Azərbaycan daxilində tanınır. Bu dəfə Azərbaycan meyxanası Rusiya sosial şəbəkələrində rekord qırıb. Sonluğu rus dilində “ты кто такой давай до свидания” qafiyəsi ilə bitən meyxana rusların çox xoşuna gəlib. Sosial şəbəkə olan Twitterdə “#путинтыктотакойдавайдосвидания” əlavəsi ilə yayılan meyxananın sözləri Rusiya prezidenti Putin əleyhinə kampaniyaya çevrilib.

Rusiya Avtomobilçilər Federasiyasının kordinatoru Aleksey Filinin öz mikrobloqunda meyxana haqda: “Sabah maşınıma beləbir lövhə asacam: “Путин ты кто такой? Давай, до свидания”. İnsanları güldürəcəm” yazması internet istifadəçilərinin çox xoşuna gəlib. Dissident incəsənət qrupu “Voyna”nın və “Ədalətli Rusiya” partiyasının deputatı və mətbuat katibinin bu sözləri trendə çevriməsindən sonra ideya rus istifadəçilər arasında partlayışa səbəb olub.

 

Xitə çevrilən meyxana Astara rayonunda bir meyxana deyişməsi zamanı video qeydə alınıb. Meyxana İntiqam, Ehtiram, Elşən Xəzər, Rəşad Dağlı və Rizavan Şıxlınının ifasında səslənir.

 

azadliq.info